“Qəbələ”də yeni qapıçı
Transfer çalışmalarını davam etdirən "Qəbələ" daha bir futbolçunu heyətinə qatıb.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, klubun futbol akademiyasının yetirməsi Müşfiq Nadirov "qırmızı-qaralar"ın formasını geyinəcək.
22 yaşlı qapıçı ilə 1 illik müqavilə imzalanıb. Nadirov 2023/24 mövsümündə "Zaqatala"da çıxış edib.
O, karyerası ərzində "Qəbələ-2" və "Kəpəz"in də uğurları üçün çalışıb. Qapıçı Azərbaycanın U-16 və U-20 yığmalarına da cəlb olunub.