“Qəbələ”nin yeni transferi

"Qəbələ" növbəti transferini açıqlayıb. 

“Qəbələ”nin yeni transferi
"Qəbələ" növbəti transferini açıqlayıb. 

meqale.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qanalı mərkəz müdafiəçisi İsaak Amoah "qırmızı-qaralar"ın uğurları üçün çalışacaq. 24 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Amoahın son klubu ötən mövsümün ikinci yarısında formasını geyindiyi İspaniyanın 3-cü liqa təmsilçisi "Atletiko Sanlukenyo" olub. O, bunadək İspaniyada "Valyadolid"in U-19 və əvəzedici komandaları, həmçinin "Algesiras", "Tarazona", Polşada "Poqon Siedlse" klublarında da çıxış edib.

Amoah karyerası ərzində 80 oyuna çıxaraq 2 qol vurub və 1 qolun ötürməsini edib.