Qəhvəni günün bu saatında için - insanı xoşbəxt edir, ruh halını yaxşılaşdırır

Alimlərin apardığı yeni araşdırma, səhər içilən qəhvənin insanları daha xoşbəxt etdiyini üzə çıxarıb.

Qəhvəni günün bu saatında için - insanı xoşbəxt edir, ruh halını yaxşılaşdırır
Alimlərin apardığı yeni araşdırma, səhər içilən qəhvənin insanları daha xoşbəxt etdiyini üzə çıxarıb.

Mütəxəssislər, kofeinin beyində "adenozin" adlı kimyəvi maddəyə bağlı reseptorları blokladığını və bunun yuxu hissini azaltdığını müəyyən edib. Qəhvənin hansı saatlarda insanı daha xoşbəxt etdiyini araşdıran alimlər, yuxudan oyandıqdan sonrakı 2,5 saat ərzində içilən qəhvənin insanları daha xoşbəxt etdiyini bildiriblər. Səhər saatlarında içilən qəhvənin insanların ruh halını yaxşılaşdırdığı, lakin günorta sonrası içilən qəhvənin eyni effekti vermədiyi qeyd olunub.

Alimlər, qəhvə içməyin yalnız ayıqlığı artırmadığını, eyni zamanda ürək sağlamlığını dəstəklədiyini açıqlayıblar. Həmçinin qəhvənin metabolizmanı sürətləndirə biləcəyi və xroniki xəstəlik riskini azalda biləcəyi bildirilib. Alimlər, kortizol səviyyəsinin yüksək olduğu saatlarda qəhvə içməyin düzgün olmadığını vurğulayaraq, kofeinin faydalarından tam yararlanmaq üçün günün ən uyğun saatlarında qəbul edilməsini tövsiyə ediblər.