Qələbədən sonra ilk təbrikini ondan aldı
Xəbər verdiyimiz kimi, təmsilçimiz "Qarabağ" qrup mərhələsini qələbə ilə başa vurub.
meqale.com bildirir ki, oyun sonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran baş məşqçi Qurban Qurbanov tarixi qələbədən sonra meydanda onu yığan şəxsin kimliyinə aydınlıq gətirib.
Həmin şəxs isə Zaqatala rayonunun icra başçısı Mübariz Əhmədzadə olub. Onun böyük azarkeş olduğunu və hər zaman oyun sonrası zəng edib təbrik etdiyini bildirib.
Xatırladaq ki, klubumuz Avropa liqasında tarix yazaraq adını ilk dəfə Avroliqanın 1/16 final mərhələsinə yazdırıb. Bu uğura isə qrupun son maçında İsveç "Hekken"ini 2:1 hesabı ilə məğlub etməklə nail olub.
Tural meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun