"Qələt edərəm, məndən deputat olmaz"
"Mənim seçkiyə qatılmaq fikrim yoxdur".
meqale.com xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev parlament seçkilərində namizədliyinin irəli sürülməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirərkən deyib.
Sənətçi belə bir fikiri olmadığını bildirib:
"Deputat olmaq istəmirəm. Bu yerdə deyiblər də, oturduğun yerdə işə düş. Mən müğənniyəm, iş adamıyam, siyasətçi deyiləm. Qələt edərəm siyasətə qoşularam, siyasəti heç vaxt sevməmişəm. Məndən deputat olmaz".