Qənimət Zahid Baş Prokurorluğa çağırıldı

"Azadlıq" qəzetinin Fransada yaşayan baş redaktoru Qənimət Zahid barəsində başlanmış cinayət işi üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinə çağırılıb.

meqale.com xəbər verir ki, bu barədə İctimai TV-yə rəsmi bildiriş daxil olub.

Bildirişdə qeyd olunur ki, Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar etmə) maddəsi ilə təqsirləndirilən Zahidov Qənimət Səlim oğlu 2025-ci ilin iyul ayında təqsirləndirilən şəxs qismində cəlb edilib.

O, istintaqdan qaçaraq gizləndiyinə görə barəsində axtarış elan olunub və Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.