Qərb Nikoldan bu naziri işdən çıxarmağı tələb edir - Şok səbəb
Bir sıra Qərb ölkələri və strukturları daxili işlər naziri Vahe Qazaryanı hökumətdəki rus casusu hesab edir və Nikol Paşinyandan onu vəzifəsindən azad etməsini tələb edirlər.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə erməni mediası yazıb.
Bildirilib ki, son aylarda Ermənistanın yüksək rütbəli məmurları KTMT və MDB-nin demək olar ki, bütün tədbirlərini nümayişkaranə şəkildə rədd etdikləri halda, sentyabrda Vahe Qazaryan MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurasının Qırğızıstanda keçirilən növbəti iclasında iştirak edib.