Qəzada həlak olan pilotun dostu: İki aya təqaüdə çıxmalı idi, amma...
22:53
Bakı-Qroznı reysi zamanı baş verən təyyarə qəzasında həlak olan pilot İqor Kşnyakinin qonşuları onunla bağlı xatirələrini Baku TV ilə bölüşüblər.
Qonşular ondan həmişə razı qaldıqlarını bildiriblər.
"Çox gözəl insan idi. Hörmətli şəxslərdən olub. Onun haqqında heç kim mənfi nəsə deyə bilməz", - mərhumun qonşusu söyləyib.
-------- 21:27 Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan AZAL-a məxsus təyyarənin pilotu İqor Kşnyakin iki aya təqaüdə çıxacaqdı.
meqale.com report-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında onun dostu Nicat Baqiyev deyib.
O bildirib ki, hadisədən bir gün əvvəl danışıblar: