Qəzada ölən Kobenin forması rekord qiymətə satıldı
2020-ci ildə helikopter qəzasında 13 yaşlı qızı Gianna ilə birlikdə həyatını itirən Milli Basketbol Assosasiyası (NBA) təmsilçisi, "Los Anceles Leykers"in mərhum oyunçusu Kobe Brayantın geyindiyi ilk forma rekord qiymətə satılıb.
meqale.com axar.az-a istinadən bildirir ki, "Sotheby's" hərrac evi tərəfindən satışa çıxarılan forma 7 milyon dollara alınıb.
K.Brayant bu formanı 1996/1997 mövsümündə, 18 yaşında meydana çıxdığı ilk oyununda geyinmişdi.