Qəzada ölən Ramazan Filiyevin xanımı: "Dedi ki, təyyarə Qroznıya enəndə..."
Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Balakən rayonu Şərif kənd sakini Ramazan Filiyevin ailə üzvləri bu faciədən sarsılıblar.
meqale.com bildirir ki, R.Filiyevin həyat yoldaşı Həvva Filiyeva onunla iki il əvvəl ailə qurdularını doqquz ay əvvəl oğlan övladlarının dünyaya gəldiyini deyib.
H.Filiyeva həyat yoldaşı ilə danışıqlarını xatırlayıb:
"Sonuncu dəfə dekabrın 25-də səhər saatlarında, Ramazan təyyarəyə minməzdən əvvəl danışdıq. Dedi ki, təyyarə bir azdan havaya qalxacaq, Qroznıya enəndə sizə xəbər edəcəm. Bu söhbət bizim Ramazanla son danışığımız oldu.
Daha sonra bu dəhşətli xəbəri aldım. Ondan mənə yadigar qalan doqquz aylıq körpəmizdir. Qəza nəticəsində həlak olanların ailələrinə başsağlığı diləyirəm, yarılılara şəfa arzulayıram. Bundan sonra bir daha belə hadisələr olmasın".