Qəzzada atəşkəsə yalnız ABŞ mane olur - Hakan Fidan
Qəzzada atəşkəsə yalnız ABŞ mane olur.
meqale.com-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
"Daha əvvəl Qəzzada atəşkəs çağırışına bitərəf qalan və ya əleyhinə səs verən bir çox ölkənin Fələstinin yanında olmağa qərar verdiyini gördük. Bu, beynəlxalq ictimaiyyətin zülmə son qoymaq iradəsini açıq şəkildə nümayiş etdirir. İsraili dəstəkləyənlər bu vəziyyəti yaxşı başa düşməlidirlər. Lakin bu kifayət deyil. ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlara daha çox mane olmamasını gözləyirik", - deyə o vurğulayıb.