“Qəzzada hərbi əməliyyatlar bu vaxtadək davam edəcək” - İsrail XİN
"Qəzzada hərbi əməliyyatlar HƏMAS məhv edilənə və girovlar qaytarılana qədər davam edəcək".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri İsrailin xarici işlər naziri Eli Kohen jurnalistlərə açıqlaması zamanı deyib.
Nazir, həmçinin qeyd edib ki, İsrail hərbçilərinin Qəzza zolağındakı "Əl-Şifa" tibb kompleksinin ərazisindəki əməliyyatlarının məqsədi "HƏMAS terror tunellərinin məhv edilməsi və girovların axtarışıdır".