“Qəzzaya yardım çatdırmaq mümkün deyil” - BMT

"Qəzzaya yardım çatdırmaq mümkün deyil".

“Qəzzaya yardım çatdırmaq mümkün deyil” - BMT
"Qəzzaya yardım çatdırmaq mümkün deyil".

meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) kommunikasiya direktoru Juliette Touma bildirib. Touma vurğulayıb ki, UNRWA-nın Qəzzada 1050 sığınacağı var və yeniləri açılıb, lakin onlar həddən artıq doludur.

Dünənki yağışdan sonra sığınacaqların palçıqla örtüldüyünə diqqət çəkən Touma, UNRWA-nın yalnız Rəfah sərhədi yaxınlığında fəaliyyət göstərə bildiyini qeyd edib.

"Məhdudiyyətlərə görə, ən çox ehtiyacı olanlara çata bilmirik və missiyamızı yerinə yetirə bilmirik", - deyə o bildirib.