Qırğızıstan Ağdamda məktəb inşa edəcək

Qırğızıstan Ağdamın Xıdırlı kəndində orta məktəb inşa edəcək.

Qırğızıstan Ağdamda məktəb inşa edəcək
Qırğızıstan Ağdamın Xıdırlı kəndində orta məktəb inşa edəcək.

Xarici İşlər Nazirliyindən meqale.com-a verilən məlumata görə, bu barədə nazir Ceyhun Bayramovun Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev ilə görüşündə bildirilib.

Qırğızıstanın sülh və quruculuq prosesinə dəstəyinin təqdirəlayiq olduğu, habelə Qırğız Respublikasının təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində inşa ediləcək orta məktəbin bu dəstəyin bariz nümunəsi olduğu vurğulanıb.