Qırğızıstan bu heyvanı milli rəmzi elan etdi
Qar bəbiri rəsmi olaraq Qırğızıstanın milli rəmzi elan edilib.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Qırğızıstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
"Qırğızıstan Prezidenti Sadır Japarov "Qar bəbirinin Qırğızıstan Respublikasının milli rəmzi kimi tanınması haqqında" fərman imzalayıb. Fərmanda Nazirlər Kabinetinə Qırğızıstanda qar bəbirinin milli rəmzinin statusunun tanınması, eləcə də onun sayının mühafizəsi ilə bağlı zəruri tədbirlərin görülməsi tapşırılıb", - məlumatda qeyd olunub.