Qırğızıstanla Çin sərhədində bir neçə zəlzələ oldu
Qırğızıstan və Çin sərhədində bir neçə zəlzələ baş verib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Qırğızıstanın Seysmologiya İnstitutu yayıb.
Ümumilikdə dünən səhərdən bu gün səhərə qədər 4 zəlzələnin qeydə alındığı bildirilir. Bunlar arasında ən güclü yeraltı təkan 5,2 maqnitudalı olub. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.