Qırmızı bülletenlə axtarılan "Don Vito" bu ölkədə saxlanıldı
Türkiyə Daxili İşlər Nazirliyi və beynəlxalq tərəfdaşların birgə əməliyyatı nəticəsində qırmızı bülletenlə axtarılan "Don Vito" ləqəbli narkobaron Abdullah Alp Üstün və təşkilat üzvü Həsən Lalə Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə gətirilib.
meqale.com xəbər verir ki, Türkiyə daxili işlər naziri Əli Yerlikaya rəsmi X hesabında yayılan açıqlamada bildirib ki, əməliyyat Təhlükəsizlik Baş İdarəsinin İnterpol-Avropol Departamenti, Narkotiklərlə Mübarizə və Kəşfiyyat Müdirlikləri, BƏƏ təhlükəsizlik bölmələri və İstanbul İl Polis İdarəsinin birgə səyləri ilə həyata keçirilib.
Nazirin məlumatına görə, Abdullah Alp Üstünə qarşı "cinayətdən əldə edilmiş əmlakın yuyulması, narkotik və ya stimullaşdırıcı maddələrin qanunsuz dövriyyəsi və ya tədarükü, cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq" ittihamları ilə qırmızı bülleten verilib.