Qırmızı dənizdə gəmilərə hücum olub

ABŞ Müdafiə Nazirliyi Qırmızı dənizdə bir Amerika döyüş gəmisinə və bir çox ticarət gəmisinə hücum edildiyini açıqlayıb.

Qırmızı dənizdə gəmilərə hücum olub
ABŞ Müdafiə Nazirliyi Qırmızı dənizdə bir Amerika döyüş gəmisinə və bir çox ticarət gəmisinə hücum edildiyini açıqlayıb.

meqale.com APA-ya istinadən bildirir ki, Pentaqondan verilən yazılı açıqlamada Qırmızı dənizdəki hücumların İsrailin Qəzzaya hücumları ilə əlaqəli ola biləcəyi bildirilib.

"Biz Qırmızı dənizdə gəmilərə hücumlardan xəbərdarıq və məlumat əldə olunduqca paylaşacağıq", - deyə Pentaqonun açıqlamasında bildirilir.

Açıqlamada sözügedən hücumların kim tərəfindən həyata keçirildiyi barədə məlumat verilməyib.