Qış “transfer pəncərəsi”ndə rekord qırıldı

Futbol klubları yanvar ayında ümumilikdə 2,35 milyard dollar dəyərində 5863 transfer həyata keçirib.

Qış “transfer pəncərəsi”ndə rekord qırıldı
Futbol klubları yanvar ayında ümumilikdə 2,35 milyard dollar dəyərində 5863 transfer həyata keçirib.

meqale.com xəbər verir ki, bu barədə FIFA məlumat yayıb.

Bildirilib ki, hər iki rəqəm qeyd olunan dövr üçün rekord göstəricidir.

2025-ci ilin yanvar ayında oyunçu transferlərinin ümumi məbləği 2024-cü ilin eyni dövrü ilə müqayisədə 57,9, 2023-cü illə müqayisədə isə 47,1 faiz çoxdur.