"Qiyamət günü" radiostansiyası qəfil aktivləşdi
"Qiyamət günü" kimi adlandırılan "UVB-76" radiostansiyası qəfil fəallaşıb və dörd saat ərzində artıq 13 yeni məlumat ötürüb.
meqale.com bildirir ki, bu barədə "UVB-76 loqi" "Telegram" kanalı məlumat verib.
Birinci şifrə Moskva vaxtı ilə saat 09:09-da (Bakı vaxtı ilə saat 10:09-da - red), sonuncu şifrə isə Moskva vaxtı ilə saat 13:10-da (Bakı vaxtı ilə saat 14:10-da) ötürülüb.