Qızılın qiyməti tarixi maksimumda
Birjada qızılın qiyməti aprelin 21-də keçirilən hərraclarda bir Troya unsiyası üçün 3 400 dollar həddini keçərək yeni tarixi maksimumunu yeniləyib.
meqale.com xəbər verir ki, bu, ticarət platformasının məlumatlarında əks olunub.
Məlumata görə, "Comex" birjasında 2025-ci ilin iyun ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti tarixi maksimumunu yeniləyərək, Troya unsiyası üçün 3 435 dollar həddini keçib.