"Qızım xəstədir" adı ilə yalandan pul yığan qadın saxlanıldı - FOTO

Qızını xərçəng xəstəsi kimi təqdim edərək minlərlə dollar pul yığan qadın saxlanılıb.

Qızını xərçəng xəstəsi kimi təqdim edərək minlərlə dollar pul yığan qadın saxlanılıb.

meqale.com xarici mətbuata istinadla bildirir ki, ABŞ-nin Ohayo ştatında yaşayan 42 yaşlı Pamela Reed 7 yaşlı qızının səhhəti ilə bağlı dostlarını, qohumlarını və onu tanımayan şəxsləri illərlə aldadıb.

Qızının xərçəng xəstəliyindən əziyyət çəkdiyini söyləyən qadın insanların xeyirxahlığından istifadə edərək bu yolla külli miqdarda pul əldə edib. O, hətta yalanı inandırıcı alınsın deyə qızının saçlarını da qırxıb.