Qlobal transformasiya gedir, düzən dəyişir - KTMT
Hazırda qlobal dəyişikliklər baş verir.
meqale.com axar.az-a istinadən bildirir ki, bu sözləri KTMT Baş katibi İmanqali Tasmaqambetov deyib.
"Bu gün baş verən genişmiqyaslı dəyişikliklər qlobal miqyasdadır, biz qlobal transformasiyalar, dünya düzəninin modelində dəyişikliklər dövrünü yaşayırıq. Bu dəyişikliklərin davamlı inkişaf prinsiplərinə əsaslanacaq dünya birliyinin təkamülünə yol açması çox vacibdir", - deyə o, "Dayanıqlı inkişaf. Qlobal çağırışlar və milli maraqlar" adlı konfransda bildirib.