Qohum evliliyinə qadağa varsa, bəs cəza niyə yoxdur?

2025-ci il iyulun 1-dən Azərbaycanda qohum evlilikləri qadağan edilib.

Qohum evliliyinə qadağa varsa, bəs cəza niyə yoxdur?
2025-ci il iyulun 1-dən Azərbaycanda qohum evlilikləri qadağan edilib.

Ailə Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişikliyə əsasən, ümumi bioloji babası və ya nənəsi olan əmioğlu ilə əmiqızı, xalaoğlu ilə xalaqızı, bibioğlu ilə dayıqızı, bibiqızı ilə dayıoğlu, həmçinin əmi ilə onun qardaşı qızı, dayı ilə onun bacısı qızı, bibi ilə onun qardaşı oğlu və xala ilə onun bacısı oğlu arasında nikahın bağlanmasına icazə verilməyəcək.

Sözügedən nikahlar qadağan olsa da, gizli şəkildə, müəyyən yollarla toy edənlərə qarşı cəzaların nəzərdə tutulması qanunvericilikdə olan boşluğu gündəmə gətirir.

Milli Məclisin deputatı Fazil Mustafa məsələ ilə bağlı meqale.com-a açıqlamasında bildirib ki, bir şey qadağan olunursa, onun sanksiya tərəfi də olmalıdır.

Deputat hesab edir ki, bu istiqamətdə cəzaların tətbiq edilməsi düşünüləcək:

"Sanksiyalar olmadan belə qadağaların tətbiqinin böyük mənası qalmır".

Deputat qeyd edib ki, qohum evliliklərinin qadağan edilməsi ilə bağlı qanunvericilikdə müvafiq cəza mexanizmlərinin müəyyənləşdirilməsi zəruridir.