Qonşu ölkələrdən gələn turistləri müvəqqəti olaraq itirmişik - Fuad Nağıyev

Hazırda Azərbaycana gələn turistlərin sayı sərhədlərin açıq olduğu vaxtlardakı qədərdir.

Qonşu ölkələrdən gələn turistləri müvəqqəti olaraq itirmişik - Fuad Nağıyev
Hazırda Azərbaycana gələn turistlərin sayı sərhədlərin açıq olduğu vaxtlardakı qədərdir.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu jurnalsitlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

"Hazırda ölkəmizdə karantin rejimi olduğu üçün quru yolla gələn turistlərimiz yoxdur, onlar yalnız hava yolu ilə ölkəyə daxil olur. Qonşu ölkələrdən gələn turistləri müvəqqəti olaraq itirmişik. Operativ Qərargahın quru sərhədlərinin açılması ilə bağlı qərarını gözləyirik. Onu da deyim ki, quru sərhədlərin bağlı olması daxili turizmin artımına heç bir təsir göstərməyib", - deyə Fuad Nağıyev bildirib.