Qubada evdə partlayış: Xəsarət alan var

Qubada partlayış hadisəsi baş verib. Hadisə rayonun Qəçrəş kəndində qeydə alınıb.

Qubada evdə partlayış: Xəsarət alan var
Qubada partlayış hadisəsi baş verib. Hadisə rayonun Qəçrəş kəndində qeydə alınıb.

meqale.com oxu.az-a istinadən xəbər verir ki, kənd sakini, 68 yaşlı Laçın Ələsgərov evdə olarkən gecə saat 2 radələrində partlayış baş verib.

Zərərçəkənin oğlunun sözlərinə görə, partlayışa səbəb qaz sızması olub:

"Biz yatarkən partlayış səsi gəldi. Durduq, baxdıq ki, atam od tutub, yanır".

Xəsarət alan şəxs Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olduğundan paytaxta - Nərimanov Tibb Mərkəzinin nəzdindəki Respublika Yanıq Mərkəzinə təxliyə olunub.

Xəstəxanadan bildirilib ki, yaralıya bədən səthinin 95-98%-i II-III dərəcəli termiki yanıq və yuxarı tənəffüs yollarının yanığı diaqnozu qoyulub.