Qurban Qurbanov yeni transferi AÇIQLADI

Ağdam təmsilçisi kolumbiyalı sol vinger Kamilo Duranla anlaşıb.

Qurban Qurbanov yeni transferi AÇIQLADI
Ağdam təmsilçisi kolumbiyalı sol vinger Kamilo Duranla anlaşıb.

meqale.com xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"a (Macarıstan) qarşı keçirəcəkləri cavab matçından öncə mətbuat konfransında təsdiqləyib.

O, 23 yaşlı futbolçunun bu gün Bakıya gələcəyini təsdiqləyib.

Portuqaliyanın "Portimonense" klubundan transfer edilən Duran bir dönəm Kolumbiya U-20 millisinin də formasını geyinib.

Duran ötən mövsüm Portuqaliya 2-ci liqasında 26 oyunda çıxış edib və 5 qol vurub.