Qurban Qurbanovla Fernandu Santuşun FƏRQİ
Dünyanın ən yaxşı baş məşqçilərinin reytinq siyahısı açıqlanıb.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, cədvəldə planetin 500 ən yaxşı mütəxəssisi yer alıb.
Siyahıda yeganə azərbaycanlı Qurban Qurbanovdur. "Qarabağ"ın baş məşqçisi 1672 xalla 134-cü pillədə qərarlaşıb.
Azərbaycan millisinin portuqaliyalı baş məşqçisi Fernandu Santuş da cədvələ daxil edilib. O, 1624 xalla dünyada 185-cidir. Santuşla Qurbanov arasında 51 addımlıq fərq var.