Türkiyədə prokuror məhkəmədə hakimi güllələdi - Keçmiş arvadı olub...
Türkiyədə məhkəmə binasında silahlı insident baş verib.
meqale.com xəbər verir ki, Türkiyə mediası xəbər verir ki, İstanbulun Kartal şəhərindəki Regional Ədalət Məhkəməsinin 23-cü Cinayət Kollegiyasında çalışan qadın hakim prokuror tərəfindən güllələnib.
Belə ki, prokuror keçmiş həyat yoldaşı olan hakimi güllələyib.
Qadın hakimin vəziyyəti ağır qiymətləndirilir, hadisəni törətməkdə şübhəli bilinən prokuror saxlanılıb.