Qvardioladan Haaland açıqlaması

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola zədəli hücumçusu Erlinq Haaland barədə danışıb.

Qvardioladan Haaland açıqlaması
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola zədəli hücumçusu Erlinq Haaland barədə danışıb.

meqale.com qol.az-a istinadən xəbər verir ki, mütəxəssis forvardın bu ayın sonunda oynamağa hazır olacağını bildirib:

"Belə zədələrin sağalması vaxt alır. O, ayın sonuna qədər hazır olacaq. Lakin bərpa ilkin planlaşdırıldığından bir az daha uzun çəkdi".

Qeyd edək ki, 23 yaşlı futbolçu dekabrın 6-da "Aston Villa" ilə matçda (0:1) ayağından zədə alıb.