Ramazan ayı başlayıb
Bu gün Ramazan ayı başlayıb.
meqale.com xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Ramazan ayının başlaması münasibətilə fətvasında bildirilib ki, martın 1-i Ramazan ayının ilk günüdür.
Niyyət gecəsi nə vaxtdır?
Niyyət gecəsi fevralın 28-dən martın 1-ə keçən gecəyə təsadüf edir.
Ramazan və Novruzun üst-üstə düşməsi
Fətvada deyilir ki, builki Ramazan xalqımızın qədim bayramı Novruz günlərinə təsadüf edəcək, şəri baxımdan belə əlamətdar günlərin üst-üstə düşməsi cəmiyyətdə bir çətinlik yaratmır.
Fitrə zəkatının məbləği nə qədər olmalıdır?
Bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev APA-ya açıqlama verib: "Ən çox istifadə olunan ərzağın 3 kiloqramı dəyərində adambaşına fitrə zəkatı çıxarılmalıdır. Bunu maddi imkana görə yoxsullar və imkanlılar ayırmalıdır. Minimum məbləğ də düşünülə bilər. Ancaq maddi durumu yaxşı olan insanlar bunu minimum yox, orta və ya yuxarı məbləğdən götürsə, yaxşıdır".
İlk Qədr gecəsinin vaxtı
Təqvimə əsasən, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni martın 18-nə təsadüf edəcək.
Digər Qədr gecələrinin tarixləri
Bundan əlavə, Ramazan ayının 20-dən 21-nə keçən gecə (20 mart), Ramazan ayının 22-dən 23-nə keçən gecə (22 mart) və Ramazan ayının 26-dan 27-nə keçən gecə (26 mart) Qədr gecələri olacaq.
Ramazan ayının bitmə tarixi
Şəvval ayının 1-i, yəni martın 30-da Ramazan (Fitr) bayramı olacaq.
Bu il Novruz və Ramazan bayramları ilə əlaqədar 12 qeyri-iş günü olacaq