Razılaşmanın mümkünlüyünə inanırıq - Kirbi
ABŞ hakimiyyət orqanları hələ də Qəzza zolağında girovların azad edilməsi və atəşkəslə bağlı sazişin bağlanmasının mümkünlüyünə inanır.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi "Foks Nyus"a bildirib.
"Biz razılaşmanın mümkün olduğuna inanırıq", - deyə o bildirib.