"Real" 2 ulduzu birdən transfer edir
"Real" 2 ulduz birdən transfer etməyi planlaşdırır.
meqale.com xəbər verir ki, "kral klubu" "Liverpul"dan Vircil Van Dayk ilə "Bayer 04"dən Conatan Tanı heyətinə cəlb etmək istəyir. Bu barədə "Marcao" nəşri məlumat yayıb.
İspaniya nəhəngi Van Dayk ilə yanvarda razılığa gələrək mövsümün sonunda azad agent kimi komandaya keçidini təşkil etməyi düşünür. 33 yaşlı oyunçunun Premyer Liqa klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.