"Real" daha bir oyunçusunu itirdi

İspaniya millisinin və "Real" klubunun müdafiəçisi Dani Karvaxal zədə səbəbindən 2023-cü ilin sonuna qədər sıradan çıxıb.

İspaniya millisinin və "Real" klubunun müdafiəçisi Dani Karvaxal zədə səbəbindən 2023-cü ilin sonuna qədər sıradan çıxıb.

meqale.com report-a istinadən xəbər verir ki, 31 yaşlı ispaniyalıya sol ayağında əzələ zədəsi diaqnozu qoyulub.

Təcrübəli müdafiəçi La Liqanın son turunun "Qranada"ya (2:0) qarşı ev oyununda zədələnib. Onun təxminən bir aya sağalaraq yaşıl meydanlara dönəcəyi gözlənilir.

Qeyd edək ki, Dani Karvaxal 2023/24 mövsümündə Madrid klubunun heyətində bütün yarışlarda 17 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.