"Real" daha bir ulduzu transfer edir
"Bayern"in və Almaniya millisinin 29 yaşlı yarımmüdafiəçisi Coşua Kimmix tezliklə Münhen klubunu tərk edə bilər.
meqale.com publika.az-a istinadən xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.
"Real" bu yay Kimmixi transfer etmək istəyir. Coşuanın karyerasını bitirən həmyerlisi Toni Kroosu əvəzləyəcəyi planlaşdırılır.
Madrid klubunun ciddi rəqibləri var - PSJ və "Barselona". Qeyd olunur ki, "Bayern" ulduz futbolçusu üçün 40-50 milyon avro almaq istəyir.
Ötən mövsüm Kimmix "Bayern"in heyətində 43 oyun keçirib, 2 qol vurub və 10 məhsuldar ötürmə verib.