"Real"ın keçmiş ulduzu insult keçirdi
"Real Madrid" klubunun keçmiş futbolçusu Royston Drente insult keçirib.
meqale.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun son zamanlar çıxış etdiyi həvəskar klub - "FC de Rebellen" sosial şəbəkədə paylaşım edib.
Bildirilib ki, 38 yaşlı hollandiyalı futbolçu 17 oktyabr tarixində halının qəfil pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilib. Hazırda o, həkim nəzarətindədir və ona bütün zəruri tibbi yardım göstərilir.