"Real"ın ulduzundan möhtəşəm jest: Uşağın halına biganə qalmadı - VİDEO
Kral Kubokunda "Arandina" ilə bütün oyunu (3:1) ehtiyat oyunçular skamyasında keçirən "Real"ın yarımmüdafiəçisi Cud Bellinqem maraqlı jest edib.
meqale.com publika.az-a istinadən xəbər verir ki, ingilis futbolçu meydanın kənarında üşüyən topdaşıyan oğlana biganə qalmayıb. Cud ona ədyalın təklif edib.
20 yaşlı futbolçu buna görə yerindən qalxmalı olub. Buna topdaşıyan uşağın yerini tərk etməyə icazə verilməməsidir.
Bu mövsüm Bellinqhem bütün yarışlarda 22 matçda 17 qol vurub və 5 məhsuldar ötürmə edib. O, 2023-cü ilin yayında Dortmund "Borussiya"sından "Real"a 103 milyon avroya transfer edilib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun