"Real Madrid" 150 milyon avroluq transferə hazırlaşır

"Real Madrid" klubu "Ballon d'Or" mükafatının sahibi, ispaniyalı yarımmüdafiəçi Rodrini heyətinə qatmaq istəyir.

"Real Madrid" klubu "Ballon d'Or" mükafatının sahibi, ispaniyalı yarımmüdafiəçi Rodrini heyətinə qatmaq istəyir.

meqale.com xarici mətbuata istinadən xəbər verir ki, Real Madrid Rodrini növbəti yay transfer pəncərəsində İspaniyaya geri gətirmək üçün 150 milyon avro dəyərində nəhəng təklif hazırlayır.

"Kral klubu" Rodrini Luka Modriç və Toni Kroosun ideal varisi kimi görür. Hər iki futbolçu bu yaxınlarda klubdan ayrılıb və prezident Florentino Peres 2024-cü ilin "Qızıl top" qalibi Rodrinin Real Madridin yarımmüdafiəsini növbəti on il üçün formalaşdıra biləcəyinə inanır.