"Real Madrid"lə altı dəfə çempion olan qapıçı vəfat etdi - FOTO

Real Madrid və İspaniya millisinin sabiq qapıçısı Xose Arakistayn 88 yaşında dünyasını dəyişib. 

Real Madrid və İspaniya millisinin sabiq qapıçısı Xose Arakistayn 88 yaşında dünyasını dəyişib. 

meqale.com xarici mətbuata istinadən xəbər verir ki, Arakistayn 1961-1968-ci illər arasında Real Madrid klubunun heyətində 97 oyun keçirib. Bu dövrdə: 6 dəfə İspaniya çempionu olub,1 dəfə İspaniya Kubokunu qazanıb,

1966-cı ildə isə komanda ilə birlikdə Avropa Çempionlar Kubokunun (indiki Çempionlar Liqası) qalibi olub.

1961-62 mövsümündə o, Zamora mükafatına layiq görülüb - bu mükafat hər oyuna ən az qol buraxan qapıçılara verilir.

Araquistain, İspaniya millisinin üzvü kimi 1962-ci il Dünya Çempionatında iştirak edib. Klub səviyyəsində isə o, Real Madrid-dən əvvəl və sonra Real Sosyedad, Elçe və Kastellon komandalarında da çıxış edib.