"Real Madrid" Pepeni heyətinə qatmaq istəyir
"Real Madrid" yayda karyerasını başa vuran əfsanəvi müdafiəçi Pepeni heyətinə qatmağa çalışır.
meqale.com xəbər verir ki, bu barədə "El Gol Digital" məlumat yayıb.
Madrid klubu portuqaliyalı keçmiş müdafiəçisi ilə ciddi maraqlanır.
Mənbənin sözlərinə görə, 2024-cü ilin yayında peşəkar futboldan ayrıldığını açıqlayan 41 yaşlı futbolçuya maraq göstərilməsinə səbəb kral klubunun bir sıra mərkəz müdafiəçilərinin zədələnməsi olub.
Qeyd edək ki, Pepe ilə yaya qədər müqavilə imzalana bilər.