Rəisi Sisi ilə danışdı: Qəzzadakı son vəziyyət...
İran Prezidenti İbrahim Rəisi misirli həmkarı Əbdülfəttah Sisi ilə telefonla danışıb.
meqale.com axar.az-a istinadən xəbər verir ki, məlumatı İran mediası yayıb.
İ.Rəisi həmkarını yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
Dövlət başçıları ikitərəfli münasibətlərin inkişafını və Qəzzada baş verən son hadisələri müzakirə ediblər.