Rəisinin ölümünə görə 3 ölkədə matəm elan edildi - YENİLƏNİB
13:35
İran prezidenti və onu müşayiət edən nümayəndə heyətinin helikopter qəzasında həlak olması ilə əlaqədar Suriya, Pakistan və Livan matəm elan edib.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə İSNA məlumat yayıb.
Pakistanın Baş naziri Şahbaz Şərif də "X" hesabında ölkəsində bir günlük matəm elan olunacağını və bayrağın yarıya qədər endiriləcəyini yazıb.
Livan Baş naziri Nəcib Mikati də İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin həlak olmasından sonra ölkədə üç günlük ictimai matəm elan edib.
------------ 10:44 İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən rəsmi şəxslərin helikopter qəza nəticəsində həlak olması ilə əlaqədar Pakistanda birgünlük matəm elan edilib.