Renat Dadaşovun komanda yoldaşı itkin düşdü
Türkiyənin "Ankaragücü" klubunun futbolçusu Renaldo Cephas itkin düşüb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxt təmsilçisinin üzvü ötən gün "Şanlıurfaspor"la matçın heyətinə daxil edilsə də, o, stadiona gəlməyib.
1-ci liqa klubu futbolçudan xəbər ala bilmir.
Klubun baş məşqçisi Cihat Arslan bildirib ki, futbolçunun harada olduğundan xəbərsizdirlər.
Qeyd edək ki, Azərbaycan millisinin üzvü Renat Dadaşov da Ankara təmsilçisində çıxış edir.