“Rəqabət orqanının qərarı əsasında bazarın monitorinqinin aparılması Qaydası” təsdiqləndi

"Rəqabət orqanının qərarı əsasında bazarın monitorinqinin aparılması Qaydası" təsdiq edilib.

“Rəqabət orqanının qərarı əsasında bazarın monitorinqinin aparılması Qaydası” təsdiqləndi
"Rəqabət orqanının qərarı əsasında bazarın monitorinqinin aparılması Qaydası" təsdiq edilib.

meqale.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Sənədə əsasən, "Bazar monitorinqinin nəticələrinə dair aktın forması" təsdiqlənib.

"Bazar monitorinqinin nəticələrinə dair aktın tərtib edilməsi Qaydası" təsdiq edilib.

Bu Qayda Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 44.2-ci maddəsinə uyğun olaraq hazırlanıb və rəqabət orqanının qərarı əsasında müxtəlif məhsul bazarının və (və ya) bazarlarının monitorinqinin aparılması qaydalarını müəyyən edir.

Bu Qaydada istifadə olunan anlayışlar Məcəllədə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

Bu Qayda "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş monitorinqlərə şamil edilmir.