Rəşad Sadıqovdan “Şerif” püşkünə münasibət
"Düşünürəm ki, bizi qarşıda iki maraqlı matç gözləyir".
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bunu UEFA Avropa Liqasının püşkünə münasibət bildirən "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.
Gənc mütəxəssis I təsnifat mərhələsində qarşılaşacaqları "Şerif"in (Moldova) tanış rəqib olduğunu bildirib: "Şerif" Azərbaycan futboluna tanış rəqibdi. Avrokuboklarda 3 dəfə "Qarabağ"la qarşılaşıblar. Avropada yetərincə təcrübələri var. Qarşıdakı günlərdə rəqibi daha detallı şəkildə təhlil edəcəyik. Komandamıza güvənirəm. İnşallah bu oyunlara yaxşı hazırlaşıb, mərhələni keçən tərəf biz olarıq".