Rəşad Sadıqovun məşqçi karyerasında ilk

Rəşad Sadıqov məşqçi kimi karyerasında ilkə imza atıb. 

Rəşad Sadıqovun məşqçi karyerasında ilk
Rəşad Sadıqov məşqçi kimi karyerasında ilkə imza atıb. 

meqale.com xəbər verir ki, 42 yaşlı mütəxəssisin çalışdırdığı klub ilk dəfə avrokuboklarda mərhələ adlayıb. 

2020-ci ildən "Zirə"nin baş məşqçisi olan Sadıqovun ilk iki cəhdi uğursuz alınmışdı. Belə ki, onun rəhbərliyi altında ilk dəfə 2022-ci ildə qitə kuboklarına vəsiqə qazanan "Zirə" həmin vaxt UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Tel-Əviv "Makkabi"sinə uduzmuşdu (0:3; 0:0). 

Cari mövsümdə isə "Zirə" daha əvvəl Avropa Liqasının ilk mərhələsində penaltilər seriyasında "Şerif"ə məğlub olsa da, Konfrans Liqasının ll təsnifat mərhələsində Slovakiyanın "DAK 1904" klubunu ümumi nəticədə 6:1 hesabı ilə üstələməyi bacarıb. 

Bu qələbə sayəsində "Zirə" həm də tarixində ilk dəfə olaraq avrokuboklarda üçüncü mərhələyə vəsiqə qazanıb. 

Xatırladaq ki, "Zirə" ilk dəfə 2017-18 mövsümündə avrokuboklarda çıxış edib. Həmin vaxt UEFA Avropa Liqasında Lüksemburq təmsilçisi "Differdanj"ı mübarizədən kənarlaşdıran (2:1; 2:0) "Zirə" ikinci mərhələdə Rumıniya "Astra"sına uduzmuşdu - 0:0; 1:3.