Rəşid Behbudov küçəsində çoxmərtəbəli binada yanğın söndürülüb - YENİLƏNİB - VİDEO - FOTO
12:44
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın tam söndürülüb.
meqale.com xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında bildirilib.
09:36
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Nazirlikdən meqale.com-a verilən xəbərə görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
09:26
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Nəsimi rayonu Rəşid Behbudov küçəsində çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub
Nazirlikdən bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunublar.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.