Rəsmi Bakı Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşəcəyini təsdiqlədi - YENİLƏNİB

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün 28-29 fevral tarixlərində Berlində keçirilməsi planlaşdırılır.

Bunu meqale.com-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.

---------

16:54

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş fevralın 28-29-u Almaniyanın paytaxtı Berlində keçiriləcək.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan açıqlayıb.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün jurnalistlərə açıqlamasında yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş olacağını bildirib.

meqale.com Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun