"Riadın atası yüksək vəzifədə çalışsa da..."

Riad Əhmədov çox vətənpərvər, vətəninə, dövlətinə, ailəsinə bağlı insan idi.

Riad Əhmədov çox vətənpərvər, vətəninə, dövlətinə, ailəsinə bağlı insan idi.

meqale.com xəbər verir ki. bunu Trend-ə açıqlamasında politoloq Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, Riad Əhmədov uzun illər kəşfiyyat orqanlarında xidmət edib.

"Mənfur düşmənlərimiz torpaqlarımıza hücum edəndən sonra təhlükəsizlik orqanlarında diversiya-kəşfiyyat qrupları yaradıldı. Qrupa ilk yazılanlardan biri Riad oldu. O həmişə ön cəbhədə döyüşlərdə oldu, uğurlu kəşfiyyat planları həyata keçirdilər. Onun atası yüksək vəzifədə çalışsa da Riad bütün bunlara baxmayaraq həmişə cəbhəyə getməyə çalışır və ermənilərə qarşı döyüşlərdə iştirak edirdi", - deyə politoloq əlavə edib.

E. Həsənov deyib ki, Riadın nəşi 31 il idi ki tapılmırdı.

"Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin komandanlığı altında 2020-ci ildə torpaqlarımız düşməndən azad edildi. Yalnız ondan sonra qəhrəmanımızın nəşinin qalıqlarını tapmaq üçün təhlükəsizlik orqanaları tərəfindən müvafiq işlər aparıldı və bunun nəticəsində Riadın nəşi Şuşanın Daşaltı kəndində tapıldı. Bu gün o əbədiyyətə qovuşdu. Gələcək nəsillər Riad kimi oğullarla həmişə fəxr edəcək", - deyə o, qeyd edib.

Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov İkinci Fəxri xiyabanda dəfn olunub.