Roberto Martines: Türkiyəyə 3:0 hesabı ilə qalib gəlmək bizim üçün vacib idi

"Bu hesabla qalib gəlmək bizim üçün vacib idi".

Roberto Martines: Türkiyəyə 3:0 hesabı ilə qalib gəlmək bizim üçün vacib idi
"Bu hesabla qalib gəlmək bizim üçün vacib idi".

meqale.com report.az-a istinadən xəbər verir ki, bunu Portuqaliya millisinin baş məşqçisi Roberto Martines Türkiyəyə qalib gəldikləri (3:0) Avropa çempionatının qrup mərhələsinin oyunundan sonra "Sport TV"yə açıqlamasında deyib.

Mütəxəssis həmişə inkişaf etmək istədiklərini bildirib: "Bu gün yaxşı müdafiə olunduq. Çexiya ilə ilk görüş çətin keçmişdi. Bir çox futbolçumuz start heyətində oynamağa layiqdir. Yığmada hər oyunçunun mühüm rolu var".

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.